ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Eşitmə məhdudiyyətli uşaqların valideynləri üçün işarət dili təlimləri keçirilib
10 SENTYABR 2024 - 12:00

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi “Səssiz Dünyaya Körpü” adlı layihəsinin icrasını başa vurub.
Layihə çərçivəsində 3 ay müddətində eşitmə məhdudiyyətli uşaqların valideynləri üçün işarət dili təlimləri keçirilib.
İctimai Birliyin sədri Cəmilə Çingizqızı bildirib ki, layihənin məqsədi eşitmə məhdudiyyəti olan uşaqların valideynlərinə övladları ilə rahat ünsiyyətini təmin etməkdir.
Layihə çərçivəsində  təlimlər həftədə iki dəfə olmaqla həyata keçirilib. Təlimlərdə valideynlərə işarət dili öyrədilib. Təlimlərin sonunda valideynlər övladları ilə işarət dilində asanlıqla ünsiyyət qura biliblər.
Layihənin davamlılığı üçün təlimdən sonra da iştirakçılar təlimçilərdən çətinləşdikləri məqamları dəqiqləşdirmək imkanı əldə ediblər.
Layihənin sonunda təlimləri uğurla başa vuran valideyinlərə “Səssiz Dünyaya Körpü” adlı kitab hədiyyə edilib, sertifikatlar verilib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl