ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Şəhid ailələri və müharibə veteranları ilə iş” adlı layihə davam edir
10 SENTYABR 2024 - 11:37

"Xüsusi Təyinatlılarin Qaziləri, Şəhid Ailələri və Veteranlari" İctimai Birliyi “Şəhid ailələri və müharibə veteranları ilə iş” adlı layihəsinin icrasını davam etdirir.
İctimai Birliyin sədri Bəhruz Məmmədzadə bildirib ki, layihənin məqsədi şəhid ailələri və müharibə iştirakçılarına ödənişsiz hüquqi məsləhət xidməti göstərərək aidiyyəti qurumlara əlçatanlıqlarını təmin etmək və sosial problemlərinin həllinə dəstək göstərməkdir.
Layihə çərçivəsində şəhid ailələri və müharibə iştirakçıları ilə Bakıda və Abşeronda görüşlər keçirilib. Görüşlər zamanı onların hüquqları, nəzərdə tutulan sosial yardımlar, güzəştlər, digər dövlət xidmətləri, bu xidmətləri həyata keçirən dövlət qurumlarının fəaliyyət istiqamətləri haqqında və xidmətlərə müraciət zamanı vətəndaşlara lazım olacaq sənədlər, müraciət şərtləri və prosesin gedişində yarana biləcək digər məsələlərlə bağlı mütəxəssislər tərəfindən məlumatlar verilib, suallar cavablandırılıb.
Layihə çərçivəsində analoji tədbirlər davam edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl