ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Naxçıvanda “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihənin icrasına başlanılıb
14 SENTYABR 2024 - 20:00

“Estafet” Gənclərin İctimai Birliyi “Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsinin icrasına başlayıb.
2024-cü il sentyabrın 13-də Naxçıvan Gənclər Mərkəzində  layihənin açılış tədbiri keçirilib. 
İctimai Birliyin sədri Tural Məmmədzadə bildirib ki, layihənin məqsədi gənclərin məlumatlılığının artırılması, könüllülük fəaliyyəti həyata keçirən qurumları və ali təhsil müəssisələrini bir araya gətirərək bu sahəyə elmi cəhətdən töhfə verməkdir.
Açılış tədbirindən sonra "Gənclərin könüllülükdə iştirakının motivasiya əsasları və pedaqoji əhəmiyyəti", "Könüllü fəaliyyətin əsas kateqoriyalarının pedaqoji şərhi" mövzularında seminar keçirilib. Seminarda 50 nəfər gənc iştirak edib. 
Qeyd edək ki, Azərbaycanda könüllülük pedaqogikasının öyrədilməsini hədəfləyən layihə 2 ay ərzində Naxçıvan şəhərində baş tutacaq və muxtar respublika gənclərini, könüllüləri əhatə edəcək. Layihə çərçivəsində 5 seminar və "Könüllülük: cəmiyyəti təkmilləşdirmək, özümüzü inkişaf etdirmək" mövzusunda konfrans həyata keçiriləcək. Layihə ümumilikdə 680 nəfər gənci əhatə edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl