ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İnsan alveri qurbanlarına xidmət göstərən QHT-lərin icra etdikləri layihələrlə bağlı monitorinqlər təşkil edilib
14 SENTYABR 2024 - 20:05


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “İnsan alverinə qarşı mübarizəyə dair” görüləcək işələrlə bağlı Tədbirlər Planına əsasən İnsan alveri qurbanlarına xidmət göstərən qeyri-hökumət təşkilatlarının imkanlarının öyrənilməsi, eyni zamanda icra edilən layihələr çərçivəsində keçirilən tədbirlərlə əlaqədar monitorinqlər təşkil edilib.
Monitorinqlərdə Agentliyin “Layihələrin idarəedilməsi departamenti”nin əməkdaşları Natiq Lahıcov və Fuad Rzazadə iştirak edib.
Monitorinqlər zamanı 2024-cü il üzrə Agentlik tərəfindən elan edilən qrant müsabiqəsində qalib olan "Təmas" Regional İnkişaf İctimai Birliyi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi, “XXI Əsrin Qadınları” İctimai Birlikləri tərəfindən icra edilən layihələr çərçivəsində təşkil edilən tədbirlər, təlimlər və digər fəaliyyətlər haqqında müzakirələr aparılıb. Əməkdaşlar tərəfindən sığınacaqların mövcud vəziyyəti öyrənilib, insan alveri qurbanlarının reabilitasiya şəraiti, keçirilən təlimlərin səviyyəsi qiymətləndirilib, müvafiq qeydlər götürülüb. 
Görüşlərdə eyni zamanda qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsinin hazırlanması ilə bağlı aidiyyəti üzrə təkliflərin hazırlanması  müzakirə edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl