“Azərbaycanın kənd təsərrüfatı və turizm müəsisələrində yaşıl inkişafın təşviqi” layihəsi davam edir
“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi “Azərbaycanın kənd təsərrüfatı və turizm müəsisələrində yaşıl inkişafın təşviqi” layihəsinin icrasını davam etdirir.
İctimai Birliyin sədri Qəmzə Yusubova bildirib ki, layihənin məqsədi təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün, özəl sektorun bu mühüm strateji məqsədə cəlb edilməsi, ölkəmizin kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi üzrə biliklərin artırılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində Beyləqan, Şəki, Samux, Qəbələ və İsmayıllı rayonlarında fermerlərə və turizm şirkətlərinin rəhbərləri üçün maarifləndirmə tədbirləri təşkil olunacaq.
Həmçinin layihə çərçivəsində “Azərbaycanın kənd təsərrüfatı və turizm müəsisələrində yaşıl inkişafın təşviqi” adlı 300 ədəd kitabça nəşr edilərək təlim iştirakçılarına paylanacaq.
Təlimlərə sentyabrın 16-dan başlanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.