Sumqayıt məktəbliləri üçün düşərgə keçirilib
“Sağlam Düşüncə” Gənclər Təşkilatı “Təmiz şəhər və sağlam gələcək uğrunda səfərbərlik” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində 15-19 iyul tarixlərində Sumqayıt məktəbliləri üçün Quba rayonunda yay düşərgəsi təşkil edib.
İctimai Birliyin sədri Səadət Təhməzzadə bildirib ki, layihənin məqsədi Sumqayıt məktəblilərinin ekologiya sahəsində biliklərini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və asudə vaxtlarını səmərəli təşkil etmələrinə dəstək göstərməkdir.
Beş gün davam edən düşərgədə komanda işləri və müxtəlif fəaliyyətlər həyata keçirilib.
İştirakçıların həmçinin Quba rayonunda fəaliyyət göstərən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiyası təşkil olunub.
Layihə çərçivəsində veloyürüş və məktəblilərin müxtəlif ekskursiyaları da təşkil ediləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.