ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək
14 SENTYABR 2024 - 20:25

Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının I Bakı Forumu" layihəsi davam edir.
İctimai Birliyin sədri İntiqam Yaşar bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır.
Layihə çərçivəsində 4 oktyabr tarixində Bakıda "Türk dünyası şeir günü - Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni", 5 oktyabr tarixində isə Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək. 
Tədbirlərdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər. İştirakçılara layihə çərçivəsində Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət çap olunmuş kitab təqdim olunacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl