“Regionlarda qadın və qızların bələdiyyələrdə iştirakını genişləndirməklə gender bərabərliyinin təbliği” layihəsi icra olunur
“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi “Regionlarda qadın və qızların bələdiyyələrdə iştirakını genişləndirməklə gender bərabərliyinin təbliği” adlı layihə həyata keçirir.
İctimai Birliyin sədri Novella Cəfəroğlu bildirib ki, layihənin məqsədi regionlarda qadın və qızların inkişafına dəstək olmaqdır.
Layihə çərçivəsində Astara, Masallı rayonlarında tədbirlər keçirilib.
Layihə çərçivəsində silsilə tədbirlər davam edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.