ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Regionlarda “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi” layihəsi icra olunub
14 SENTYABR 2024 - 20:35

“Azad İstehlakçılar” İctimayi Birliyi “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi” layihəsinin icrasını yekunlaşdırıb.
İctimai Birliyin sədri Eyyub Hüseynov bildirib ki, layihənin məqsədi istehlakçılara ev şəraitində təhlükəsiz konserv məhsullarının hazırlanması və onların satışını təbliğ etməkdir. 
Layihə çərçivəsində icra müddəti ərzində “Təhlükəsiz qida məhsullarının bazara çıxışının asanlaşdırılması-marketinq” və “Təhlükəsiz tərəvəz qida məhsulları istehsalının əsasları” mövzularında təlimlər təşkil edilib. Təlimlərdə əsasən Ağdam, Ağcabədi və Füzuli rayonlarının  ev şəraitində  qida məhsullarını konservləşdirən, fərdi istehlak və ya satış məqsədilə bazara çıxaran sakinləri seçilib.  Hədəf ərazilərinin 10 icmasında hər biri 10-11 nəfərdən ibarət olmaqla 10 istehsalçı qrup yaradılıb, ümumilikdə 105 nəfər iştirak edib.
Təlimlər zamanı ev şəraitində hazırlanan meyvə-tərəvəz konservlərinin qida standartlarına uyğun təhlükəsiz hazırlanma qaydaları və onların marketinqi üzrə zəruri məlumatlar verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl