ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Sumqayıtda fiziki məhdudiyyətli gənclər üçün sərgi təşkil olunub
15 SENTYABR 2024 - 00:19

“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin icra etdiyi “Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi” layihəsi yekunlaşıb. 
Layihə çərçivəsində sentyabrın 9-da Sumqayıt şəhəri “Poeziya” evində fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub.
Sərgidə 3 ay müddətində peşə kurslarına cəlb olunan gənclərin əl işləri nümayiş olunub.
İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib ki, layihənin məqsədi Sumqayıt şəhərində fiziki məhdudiyyəti olan gənclər arasında işsizlik səviyyəsini azaltmaq və onları peşə kurslarına cəlb etməklə bilik və bacarıqlarını artırmaqdır.
Layihə çərçivəsində iştirakçılara hər biri həftədə iki dəfə olmaqla kompüter (yeni nəsil proqramlar) və dekorativ-tətbiqi sənət dərsləri tədris edilib. 
Sonda kompüter kurslarında iştirak edən gənclərə sertifikatlar təqdim edilib. Qeyd edək ki, sertifikatlar kompüter kurslarından bəhrələnən fiziki məhdudiyyətli gənclər tərəfindən hazırlanıb.
Tədbirin sonunda təlim iştirakçılarının ifasında mahnılar səsləndirilib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl