“Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsi başa çatıb
“Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsi başa çatıb.
Layihə çərçivəsində Quba rayonunda təlimlər keçirilib.
İctimai Birliyin sədri Eynulla Xeyrullayev bildirib ki, layihənin məqsədi Quba və Qusar rayonlarında vətəndaş cəmiyyətinin formalaşmasına dəstək göstərməkdir.
Təlimlərdə iştirakçıların məntiqi çərçivə, layihə təklifi, layihələrin yazılması və idarəedilməsi, büdcənin hazırlanması və hesabatlılıq istiqamətində bilik və bacarıqları artırılıb. Eyni zamanda layihə dövründə Məsləhət Xidməti də fəaliyyət göstərib.
Təlimlərdə Quba və Qusar rayonlarından olan 15 QHT nümayəndəsi iştirak edib. İştirakçılara təlimin sonunda sertifikatlar təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.