ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə” layihəsi icra olunur
15 SENTYABR 2024 - 00:21


“Təmas” Regional İnkişaf İctimai Birliyi “Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində aztəminatlı ailələrdən olan yeniyetmələr üçün "Yaşam dəyərləri" yay düşərgəsi təşkil edilib.
Düşərgədə müxtəlif fəaliyyətlər, təlimlər, qrup oyunları təşkil edilib, nəzəri və praktiki biliklər həyata keçirilib. Gənclərə özlərini daha yaxşı tanımaları, əxlaqi dəyərlərin və sağlam münasibətlərin əhəmiyyəti, həmçinin bulinqlə mübarizə yolları aşılanıb.
Layihə çərçivəsində - 6 ay müddətində, həmçinin sığınacaq da fəaliyyət göstərir. Sığınacaqda zorakılıq qurbanlarının psixo-sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fəaliyyətlər, eləcə də ilkin tibbi müayinə, hüquqlarının müdafiəsi kimi tədbirlər həyata keçirilir. Sığınacaqla təmin olunan qadın və uşaqlar ərzaq məhsulları ilə təmin edilirlər. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl