Həssas əhali qrupları arasında məşğulluğun artırılması istiqamətində peşə kursları davam edir
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi “Həssas əhali qruplarında məşğulluğun artırılması: peşə kurslarının təşkili” layihəsinin icrasını davam etdirir.
İctimai Birliyin sədri Mehdi Mehdiyev bildirib ki, layihənin məqsədi həssas əhali qruplarının əmək bazarında iştirakını gücləndirmək, həmçinin ölkəmizin dayanıqlı inkişaf hədəflərinə, xüsusilə məşğulluğun artırılması və sosial bərabərliyin təmin edilməsi istiqamətində töhfə verməkdir.
Layihə çərçivəsində “Vebsaytların yaradılması” və “İnteryer dizayn” üzrə 5 aylıq, “Rəqəmsal marketinq” üzrə isə 2 aylıq peşə kursları keçirilir.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.