"Məişət zorakılığı əleyhinə təşəbbüslər" layihəsi icra olunub
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin həyata keçirtdiyi "Məişət zorakılığı əleyhinə təşəbbüslər" layihəsi başa çatıb.
Layihə çərçivəsində 3 ay ərzində 125 nəfərə hüquqi, psixoloji yardımlar göstərilib, maarifləndirmə xidmətləri təşkil edilib, 30-dan çox qadın müxtəlif peşə kurslarına cəlb edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.