Mina mövzusunda yeni sənədli film hazırlanır
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “Əngəlsiz qayıdış: minalarla mübarizə” adlı layihənin icrasına başlayıb.
Layihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda minalardan zərər çəkən mülki şəxslərin hekayələrini, minatəmizləmə əməliyyatları və əldə olunan nəticələri əks etdirən “Əngəlsiz Qayıdış” adlı qısametrajlı filmin çəkilişlərinə başlanılıb.
İctimai Birliyin sədri Anar Yusifzadə bildirib ki, layihənin məqsədi mina problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə insan hekayələri vasitəsilə çatdırmaqdır.
Film müharibənin faciəsini yaşayan - doğma yurdlarından məcburi köçkün düşən bir ailənin başına gələn hekayədən bəhs edir.
Film ingilis dilinə də tərcümə ediləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.