QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məsul şəxsləri BMT-nin baş qərargahında “Gələcəyin Sammiti”ndə iştirak edir
Nyu-Yorkda - BMT-nin baş qərargahında “Gələcəyin Sammiti” davam edir. Sammit çərçivəsində QHT-lər üçün Fəaliyyət Günləri təşkil olunub. Qlobal diskussiyalara Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, qurumun Departament rəhbəri Elnur Bağırlı, beynəlxalq layihələr üzrə meneceri Türkan Orucova da qatılıb.
Qeyd edək ki, bu ilin mayında Keniyanın paytaxtı Nayrobidə “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə BMT-nin Vətəndaş Cəmiyyəti Konfransı da keçirilmişdi.