ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Brüsseldə beynəlxalq konfrans keçirilib
28 SENTYABR 2024 - 20:00


"Qadın İslahatçıları və İnnovasiyalar" İctimai Birliyi  "Qara Dəniz Regionunda Sülh və Təhlükəsizlik üçün Qadınların Birgə Təşəbbüsləri" adlı layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində sebtyabrın 27-də Belçikanın paytaxtı Brüsseldə "Qara Dəniz Regionunda Sülh və Təhlükəsizlik üçün Qadınların Birgə Təşəbbüsləri" adlı beynəlxalq konfrans keçirilib. 
İctimai Birliyin sədri Vüsalə Hüseyn bildirib ki, konfransın məqsədi regionda sülh və təhlükəsizliyin təşviqində qadınların rolunu gücləndirmək və onların birgə əməkdaşlıq imkanlarını genişləndirməkdir. 
Konfrans zamanı sülh təşəbbüsləri, regional təhlükəsizlik məsələləri və gender bərabərliyi mövzularında panel müzakirələri təşkil edilib.
Qara dəniz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında qadınların rolu xüsusi vurğulanaraq, bu təşəbbüslərin gələcəkdə daha geniş miqyasda tətbiq edilməsinin vacibliyi qeyd olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl