ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Malayziyadan  görünən Şuşa” filminin təqdimatı olub
28 SENTYABR 2024 - 20:10

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin icra etdiyi “Malayziyadan görünən Şuşa” adlı layihə yekunlaşıb.
Layihə çərçivəsində 2024-cü il sentyabrın 27-də Nizami Kino Mərkəzində "Malayziyadan görünən Şuşa" filminin təqdimatı olub.
Təqdimatdan öncə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub.
Filmdə İctimai Birliyin layihə çərçivəsində Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində “Rənglərlə Qarabağa səyahət” adlı rəsm sərgisindən və orada keçirilən digər tədbirlərdən bəhs olunur.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl