ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Sumqayıtda veloyürüş təşkil edilib
28 SENTYABR 2024 - 20:49

“Sağlam Düşüncə” Gənclər Təşkilatı “Təmiz şəhər və sağlam gələcək uğrunda səfərbərlik” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində sentyabrın 22-də Sumqayıtda 100-ə yaxın velosipedçinin iştirakı ilə “Ümumdünya Avtomobilsizlik Günü”nə həsr olunmuş veloyürüş baş tutub.
İctimai Birliyin sədri Səadət Təhməzzadə bildirib ki, layihənin məqsədi Sumqayıt məktəblilərinin ekologiya sahəsində biliklərini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və asudə vaxtlarını səmərəli təşkil etmələrinə dəstək göstərməkdir.
Velosipedçilər şəhər əhalisi arasında velosipedi nəqliyyat vasitəsi kimi təbliğ etmək üçün 9 km-lik məsafəni qət ediblər. Şəhər əhalisi və sürücülər tərəfindən də maraqla izlənilən velotur Sumqayıt Heydər Əliyev Mərkəzində başlayıb və şəhərin bulvar ərazisində sona çatıb.
Xatırladaq ki, layihə çərçivəsində iyul ayında Sumqayıt məktəbliləri üçün Quba rayonunda yay düşərgəsi də təşkil edilib. 
Oktyabr ayında isə məktəblilər üçün debat və müxtəlif ekskursiyalar təşkil ediləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl