"Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" ictimai müzakirə keçirilib
2024-cü ilin sentyabrın 30-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mövzusunda ictimai müzakirə keçirilib.
Bakı Biznes Mərkəzində təşkil olunan müzakirədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimlinin moderatorluğu ilə 60-a yaxın QHT nümayəndəsi iştirak edib.
QHT təmsilçiləri Prezident İlham Əliyevin VII çağırış Milli Məclisinin ilk iclasındakı nitqində Azərbaycana qarşı çirkin oyunların ifşasında ictimai məkanda aparılan işlərin önəminə toxunmasını yüksək qiymətləndiriblər və dövlət başçısının ictimai fəalları ideoloji təhlükəsizlik məsələlərində daim fəal olmağa çağırmasını öz fəaliyyətlərində ən mühüm vəzifə kimi qəbul etdiklərini bildiriblər.
Prezident İlham Əliyevin nəyi, nə vaxt, necə etmək barədə dəqiq strateji baxışının uğurlu nəticələri barədə danışan QHT rəhbərləri ideoloji təhlükəsizlik məsələlərinə bundan sonra da ictimai səfərbərliklə yanaşacaqlarını qeyd ediblər.