ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Aşıq mahnılarından ibarət audiodisk hazırlanıb
01 OKTYABR 2024 - 12:00

Azərbaycan Aşıqlar Birliyinin icra etdiyi “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə başa çatıb. 
Layihə çərçivəsində 560 ədəd audiodisk hazırlanıb.
İctimai Birliyin sədri Məhərrəm Qasımlı bildirib ki, layihənin məqsədi Qərbi Azərbaycandakı qeyri-maddi mədəni irsimizin mühüm tərkib hissəsi olan aşıq sənəti və bu bölgədəki aşıq mühitlərini təmsil edən çağdaş aşıqlarımızın tanıdılması, onların musiqi repertuarının zənginliyinə diqqətin yönəldilməsidir.
Sentyabrın 5-də Azərbaycan Aşıqlar Birliyində Qərbi Azərbaycandan və ölkəmizin digər bölgələrindən olan aşıqların, eləcə də folklorşünas və musiqişünasların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə audiodiskin təqdimatı keçirilib.
Çağdaş Qərbi Azərbaycan aşıqlarından 20 nəfərdən çoxunun ifasında müxtəlif aşıq havaları lentə alınıb. Hər aşığın yaradıcı potensialına uyğun olaraq aşıq havası və mətn seçilib. Xüsusilə Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış saz havalarına və Qərbi Azərbaycanla bağlı şeirlərə üstünlük verilib. 
Audiodisklər aşıq sənətinin daha geniş yayıldığı bölgələrdə fəaliyyət göstərən musiqi məktəblərinə, kolleclərə, mədəniyyət ocaqlarına paylanılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl