ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qazaxda “Gənclik narkomaniyaya qarşı” layihəsi icra olunur
07 OKTYABR 2024 - 09:00

“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi “Gənclik narkomaniyaya qarşı” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində sentyabrın 25-dən oktyabrın 2-dək Qazax rayonun I Şıxlı, II Şıxlı, Yuxarı Salahlı, Daş Salahlı, Çaylı və  Quşçu Ayrım kəndlərinin gəncləri ilə görüşlər keçirilib.
İctimai Birliyin sədri Azər Əliyev bildirib ki, layihənin məqsədi sağlam həyat tərzini təbliğ etmək və narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin  kütləviliyinə nail olmaqdır. 
Qazax rayonun 6 kəndində keçirilən tədbirlərdə 256 gənc iştirak edib.
Xatırladaq ki, layihə çərçivəsində avqustun 25-də  Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında qol güləşi üzrə açıq Qazax rayon turniri, 23-24 sentyabr tarixlərində isə Qazax rayonunda gənclərlə maarifləndirici görüşlər keçirilib.
Layihə çərçivəsində oktyabr ayında atıcılıq turniri də keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl