“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli filmin çəkilişləri davam edir
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurda ekosid” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Ağdam, Zəngilan, Şuşa, Kəlbəcərdə sənədli filmin çəkilişləri aparılıb.
İctimai Birliyin sədri Ayaz Mirzəyev bildirib ki, layihənin məqsədi Ermənistanın işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidin miqyasını əsasən xarici auditoriyaya nümayiş etdirməkdir.
Filmdə alimlər və mütəxəssislər tərəfindən bu ərazilərdə aparılan tədqiqat və araşdırmaların nəticələri də açıqlanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.