Mina qurbanları ilə bağlı fotolayihənin icrası davam edir
"Gilavar Foto Klubu" İctimai Birliyi mina qurbanları ilə bağlı "Təhlükənin kulMİNAsiya nöqtəsi" adlı fotolayihənin icrasını davam etdirir.
İctimai Birliyin sədri Rəşad Mehdiyev bildirib ki, layihənin məqsədi cəmiyyəti mina təhlükəsi ilə bağlı maarifləndirməkdir.
Layihə çərçivəsində mina hadisələrinin ən çox baş verdiyi bölgələrə səfərlər edilir,
minaların aşkarlanması və çıxarılması prosesinin, onların zərərsizləşdirilməsi anlarının foto və videoçəkilişləri həyata keçirilir.
Yekunda çəkilən fotoşəkillərdən ibarət elektron fotokitab hazırlanacaq, fotosərgi təşkil ediləcək və maarifləndirici videoçarxlar hazırlanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.