2026-cı il noyabrın 6-da Gəncədə “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları” adlı panel müzakirəsi keçirilib. “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin moderatorluğu ilə keçirilən paneldə sosial media üzrə təlimçi, Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru Almaz Mahmud “QHT-lər sosial mediada nədə çətinlik çəkir?”, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz “Rəqəmsallaşmanın QHT-lərin fəaliyyətinə təsirləri”, texnobloger Fərid Pərdəşünas “QHT-lər sosial media fəaliyyətində süni intellekt alətlərindən necə faydalana bilər?”, texnobloger Sahib Rzayev isə “Sosial mediada QHT-lər üçün yeni imkanlar” mövzularında çıxış ediblər.
Panel müzakirəsi zamanı QHT-lərin rəqəmsal mühitdə üzləşdiyi çətinliklər, sosial media imkanlarından səmərəli istifadə, rəqəmsallaşmanın təşkilatların fəaliyyətinə təsiri və süni intellekt alətlərinin tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.