Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu “Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və icma həyatına dəstək” mövzusunda QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir. Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il oktyabrın 26-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il noyabrın 20-sidir. Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki ekspertizası aparılacaq, layihələr qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək. 

 

Qrant məbləğlərinin yuxarı həddi:

  • Kiçik qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 30 000 (otuz min) manat;

  • Böyük qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 70 000 (yetmiş min) manatdır. 

 

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:

 

1.Azad edilmiş ərazilərdə gənclərin rəqəmsal və kreativ bacarıqlarının inkişafı

(Azad edilmiş ərazilərdə yaşayan yeniyetmə və gənclər üçün fotoqrafiya, videoqrafiya, rəqəmsal məzmunun hazırlanması, media savadlılığı və süni intellekt alətlərindən praktik istifadə üzrə bacarıqların formalaşdırılmasına yönəlmiş təlim proqramları, kurslar və emalatxanaların təşkili üzrə layihələrə üstünlük verilir);

       2.Qarabağ və Şərqi Zəngəzurda maddi və mədəni irsə dəyən zərərin, dağıntıların, quruculuq, bərpa, məskunlaşma işlərinin təqdimatı və bununla bağlı maarifləndirmə 

(Sərgi və müvafiq təqdimatlara dair layihələrə üstünlük verilir);

       

        3.İcma əsaslı sosial təşəbbüslər və inklüzivlik

(Məskunlaşmış əhalinin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə, asudə vaxtının səmərəli təşkilinə, uşaqlar və yeniyetmələr üçün dərnəklərin açılmasına, qadınların sosial fəallığının artırılmasına, əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial həyata inteqrasiyasına, yeni salınmış yaşayış məntəqələrində yol hərəkəti qaydaları, piyadaların və sürücülərin təhlükəsiz davranışı ilə bağlı maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsinə, ətraf mühitə həssas yanaşmanın təşviqinə, məişət tullantılarının idarə olunmasına, yaşıllaşdırma və ekoloji davranışların formalaşdırılması istiqamətində layihələrə üstünlük verilir);

   

     4.Mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı risklərə dair ictimai maarifləndirmə (bu bənd üzrə tədbirlər ANAMA-nın tərəfdaşlığı ilədir)

(Minadan zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin, əvvəllər minaaxtaran kimi çalışmış şəxslərin prosesə yaxından cəlb olunması ilə əhalinin mina və PHS təhlükəsi ilə bağlı maarifləndirilməsi, müvafiq davranış qaydaları barədə məlumatlandırılması, xüsusilə uşaqlar arasında mina və PHS ilə bağlı risklərin azaldılmasına yönəlmiş layihələrə üstünlük verilir);

 

       5.Mədəni irsin qorunmasına ictimai dəstək və turizm potensialının təbliği

(Yerli icmaların mədəni irs obyektlərinin qorunmasına cəlb edilməsinə, ictimai nəzarət mexanizmlərinin təşviqinə, bölgənin turizm marşrutlarının tanıdılmasına və yerli sakinlər arasından bələdçilərin hazırlanmasına dair layihələrə üstünlük verilir).

 

Müsabiqə üzrə xüsusi tələblər:

 

  • Layihənin icra planında əhatə olunan yaşayış məntəqələrinin (rayon, şəhər, kənd), lokasiyaların (məktəb, klub, icma mərkəzi və digər binalar) və icra cədvəlinin dəqiq və aydın müəyyən edilməsi, tədbirlər nəzərdə tutulan yerlərin tabe olduğu qurumların rəhbərlikləri ilə bu barədə ilkin razılaşmaların əldə edilməsi;

  • Layihənin icrasına azad edilmiş ərazilərdə məskunlaşmış sakinlərin iştirakçı, könüllü və ya icraçı qismində cəlb olunması;

  • Layihə başa çatdıqdan sonra onun nəticələrinin davamlılığını təmin edəcək mexanizmin göstərilməsi;

  • Təlim və maarifləndirmə layihələri üzrə təlim proqramının təqdim olunması;

  • Layihədə iştirakı nəzərdə tutulan təlimçilərin müvafiq sahə üzrə yerli və ya beynəlxalq standartlara uyğun verilən sertifikatlara və ya onlara bərabər tutulan digər sənədlərə malik olması.

 

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

 

  • Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni layihələr;

  • QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:

 

  • layihə təklifi;

  • layihənin icra planı;

  • layihənin xərclər smetası;

  • layihə büdcəsinin maliyyə əsaslandırılması;

  • QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;

  • QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

  • QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

  • qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumat;

  • kiçik qrant müsabiqəsinə münasibətdə QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli məzmunlu informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;

  • böyük qrant müsabiqəsinə münasibətdə QHT-nin son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 fərqli məzmunlu informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

 

Texniki tələblər:

 

  • QHT-lər layihə təkliflərini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı oktyabrın 26-dan noyabrın 20-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);

  • Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

 

Əlaqə vasitələri:

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.

office@ngoagency.gov.az    

 

NGO Agency and Karabakh Revival Fund announce joint grant competition for NGOs on sustainable settlement and community life in the liberated territories

The Agency on State Support to Non-Governmental Organizations of the Republic of Azerbaijan and the Karabakh Revival Fund (KRF) announce a joint grant competition for NGOs on “Supporting Sustainable Settlement and Community Life in the Liberated Territories.” Applications and supporting documents for NGOs’ project proposals will be accepted beginning October 26, 2026. The application deadline is November 20, 2026. Once submissions close, the documents submitted by NGOs for their project proposals will undergo a technical review, the projects will be evaluated, and the winners will be selected and announced.

Maximum grant amounts:

  • Small grant competition – The maximum grant amount is 30,000 AZN (thirty thousand manats).

  • Large grant competition – The maximum grant amount is 70,000 AZN (seventy thousand manats).

The competitions cover the following topics:

1.Developing young people’s digital and creative skills in the liberated territories

(Priority is given to projects that organize training programs, courses, and workshops to develop skills in photography, videography, digital content creation, media literacy, and the practical use of artificial intelligence tools for adolescents and young people living in the liberated territories.)

2.Raising awareness of the destruction of tangible cultural heritage and the reconstruction, restoration, and resettlement efforts in Garabagh and East Zangazur 

(Priority is given to projects involving exhibitions and related presentations.)

3.Community-based social initiatives and inclusion

(Priority is given to projects aimed at improving the daily quality of life of resettled residents; organizing meaningful leisure activities; establishing clubs for children and adolescents; increasing women’s social participation; integrating persons with disabilities and other vulnerable groups into social life; conducting awareness-raising activities on traffic rules and safe behavior for pedestrians and drivers in newly established settlements; promoting environmental awareness; managing household waste; and encouraging greening and environmentally responsible behavior.)

4.Public awareness of the risks posed by mines and unexploded ordnance (UXO) (activities under this topic are conducted in partnership with ANAMA)

(Priority is given to projects that closely involve mine survivors and their family members, as well as former deminers, in raising public awareness of mine and UXO hazards, providing information on appropriate safety practices, and reducing mine and UXO risks, especially among children.)

5.Public support for the protection of cultural heritage and the promotion of tourism potential

(Priority is given to projects that involve local communities in protecting cultural heritage sites, promote public oversight mechanisms, publicize the region’s tourist routes, and train local residents as guides.)

Special requirements for the competition:

  • The project implementation plan must clearly and precisely identify the settlements covered (district, city, village), the venues (schools, clubs, community centers, and other buildings), and the implementation schedule. Prior arrangements must be made with the management of the institutions where the project activities are to take place.

  • Residents who have settled in the liberated territories must be involved in project implementation as participants, volunteers, or implementers.

  • A mechanism to ensure the sustainability of the project’s results after its completion must be specified.

  • A training program must be submitted for training and awareness-raising projects.

  • Trainers involved in the project must hold certificates issued in accordance with relevant national or international standards, or possess equivalent qualifications supported by appropriate documentation.

The following projects are ineligible for the competition:

  • Projects identical to those previously financed from the state budget through earlier competitions.

  • Projects that do not align with the NGO’s statutory objectives.

Documents required for the competition:

In accordance with the Rules approved by Decision No. 188 of the Cabinet of Ministers of the Republic of Azerbaijan dated June 22, 2026, the following documents are required for the competition:

  • Project proposal;

  • Project implementation plan;

  • Project cost estimate;

  • Financial justification for the project budget;

  • Copies of the NGO’s charter, registration certificate, and extract from the state register of legal entities;

  • A copy of the NGO’s tax registration certificate;

  • A copy of the identity document of the NGO’s authorized representative;

  • Details of the NGO’s bank account to which the grant amount will be transferred;

  • For the small grant competition, a document confirming that media outlets have published at least 10 distinct items of information about the NGO’s activities, projects, and programs over the past 3 years;

  • For the large grant competition, a document confirming that media outlets have published at least 30 distinct items of information about the NGO’s activities, projects, and programs over the past 5 years.

Technical requirements:

  • NGOs must submit their project proposals electronically through a dedicated section on the website of the Agency on State Support to Non-Governmental Organizations of the Republic of Azerbaijan (the relevant section will be active on the Agency’s electronic services portal, in the e-application section, from October 26 to November 20, 2026).

  • Documents relating to project proposals submitted in person, by post, or by email will not be accepted.

Contact information:

Agency on State Support to Non-Governmental Organizations of the Republic of Azerbaijan, Yasamal District, Huseyn Javid Avenue, Block 520, Building 20.

office@ngoagency.gov.az