Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi “Yaşıl maliyyə və iqlim risklərinin idarəedilməsi üzrə peşəkar inkişaf proqramı” layihəsinin icrasına başlayıb.
2026-cı il avqustun 8-də layihə çərçivəsində Neftçala rayonunda təlim keçirilib.
İctimai Birliyin sədri Günay Şahbazova bildirib ki, layihənin məqsədi iştirakçıların iqlim dəyişmələri və iqlim riskləri barədə ilkin biliklərinin artırılması, iqlim risklərinin yerli səviyyədə yaratdığı təsirlərin müzakirəsi və onların idarə olunmasına dair praktiki yanaşmaların təqdim edilməsidir.
“İqlim risklərinə giriş, proqramın təqdimatı, lokal kontekst” mövzusunda keçirilən təlimdə
iqlim dəyişmələri və iqlim riskləri, onların yerli sosial-iqtisadi fəaliyyətə mümkün təsirləri, risklərin vaxtında müəyyənləşdirilməsi və idarə olunmasının əhəmiyyəti barədə məlumat verilib.
Təlimdə, həmçinin Neftçala rayonunun lokal xüsusiyyətləri, iqlim risklərinə həssaslığı və yerli səviyyədə mövcud imkanlar iştirakçılarla müzakirə edilib.
Layihə çərçivəsində iqlim risklərinin qiymətləndirilməsi, yaşıl maliyyə və ESG yanaşmaları, yerli tətbiq modelləri və praktiki alətlər üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Layihə 2026-cı il üzrə QHT Agentliyinin BP Azərbaycan ilə əməkdaşlığı çərçivəsində birgə qrant müsabiqələrinin qalibidir.