2026-cı il noyabrın 6-da Gəncədə “Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu” çərçivəsində “WUF13 irsi QHT təşəbbüslərində” adlı panel müzakirəsi keçirilib.
“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimlinin moderatorluğu ilə keçirilən müzakirədə Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli “WUF13 QHT Forumunun nəticələri və yeni çağırışlar”, "Səyahət" Turizmin İnkişafına Kömək İctimai Birliyinin sədri Dadaş Məmmədov “Şəhər təşəbbüsləri və innovativ yanaşmalar”, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini Gülşən Rzayeva “WUF13 irsi və Azərbaycanın qlobal töfhələri”, “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova “Dayanıqlı və inklüziv şəhərlər: şəhərsalma prosesində vətəndaş cəmiyyətinin iştirakı” adlı təqdimatlarla çıxış ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.