“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsinin icrasını başa çatdırıb.
2026-cı il sentyabrın 29-da layihə çərçivəsində ərsəyə gələn “Sabaha doğru” sənədli filminin təqdimatı keçirilib.
İctimai Birliyin sədri Ayaz Mirzəyev bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanan filmdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların doğma yurdlarına qayıdışı və burada qurulan yeni həyat insan hekayələri üzərindən təqdim edilir. Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insan yönümlü prinsiplərə əsaslanan yeni yaşayış məntəqələri də nümayiş olunur.
Sənədli filmin çəkilişləri Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.
























