2026-cı il oktyabrın 29-da QHT Agentliyində Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondunun nümayəndə heyəti ilə Azərbaycan–Özbəkistan birgə qrant müsabiqəsinin qalibi olan Azərbaycan QHT-lərinin nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı qrant layihələri çərçivəsində həyata keçiriləcək tədbirlər və nəzərdə tutulan fəaliyyətlər müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Özbəkistan nümayəndə heyəti “Qeyri-Maddi Mədəni İrsin Təbliği” İctimai Birliyinin ofisini ziyarət edib, təşkilatın fəaliyyəti və iş şəraiti ilə tanış olub.
QHT Agentliyində Azərbaycan–Özbəkistan birgə qrant müsabiqəsinin qalibi olan QHT-lərlə görüş keçirilib











