Mirzə Ələkbər Sabir Fondu “Sabirin sözü, zamanın gözü” layihəsinin icrasına başlayıb.
Fondun prezidenti Sevda Tahirli bildirib ki, layihənin məqsədi mütəfəkkir-şair M.Ə.Sabirin ölümünün 115 illiyi münasibətilə, onun əsərlərinə ötən 115 il ərzində çəkilmiş satirik illüstrasiyaları bir araya gətirmək, sənət əsərlərinin dili ilə şairin ideyalarının zaman müstəvisindəki aktuallığını nümayiş etdirməkdir.
Layihə çərçivəsində M.Ə.Sabirin satirik şeirləri əsasında hazırlanmış və İ.Rotter, Ə.Əzimzadənin klassik karikaturaları ilə yanaşı, ötən 115 ilin baxış bucağını əks etdirən müasir karikatura və illüstrasiyalardan ibarət kitab nəşr olunacaq. Bakıda kitabın təqdimatı və illüstrasiyaların sərgisi nəzərdə tutulub. Bununla yanaşı, şairin zəngin yaradıcılığına dair yeni baxışla silsilə məqalələr dərc ediləcək.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.




