Milli, İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondu “Əzəli yurd” layihəsinin icrasını yekunlaşdırıb.
2025-ci il yanvarın 16-da layihə çərçivəsində hazırlanan “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi keçirilib.
MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov bildirib ki, Qərbi Azərbaycan ideyasının elmi-ideoloji əsaslarının təhlil edən bu resurs Qərbi Azərbaycan həqiqətlərinin yayılmasına xidmət edir.
Kitabın müəllifi, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev topluda Rusiya–İran müharibələrinin Qərbi Azərbaycanda demoqrafik və siyasi vəziyyətə təsirinə, çar Rusiyası dövründə aparılan erməniləşdirmə siyasətinə dair materiallara geniş yer verildiyini qeyd edib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.





