QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycana ayırdığı maliyyə çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir. Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il avqust ayının 6-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il 26 avqustdur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Qrant məbləğlərinin yuxarı həddi:

• Böyük qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 450000 manat.

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:

l. İnyeksion narkotik istifadəçiləri arasında İİV infeksiyasının profilaktikası işi və İİV, HCV, HBV və vərəm müayinələrinin təşkili.

  • Bakı, Sumqayıt, Abşeron, Xızı üzrə 14739 nəfər inyeksion narkotik istifadəçilər (İNİ-ləri), hər bir İNİ üçün rüblük əsasda nəzərdə tutulan “əsas xidmətlər paketi” (bütün elementlərin eyni zamanda təmin edilməsi məcburi deyil) ilə əhatə edilməlidir. “Əsas xidmətlər paketi”nə daxil olmalıdır: hər bir İNİ-nin ən azı 200 ədəd şprislə təmin edilməsi və istifadə edilmiş şprislərin toplanması, 200 ədəd spirtli salfet, 26 ədəd qoruyucu ilə təmin edilməsi, əhatə edilən İNİ-lərin 20%-ni ehtiyaclarına uyğun İMK (informasiya, maarifləndirmə və kommunikasiya) materialı ilə təmin edilməsi;
  • Bundan əlavə, benefisiarlar ehtiyaclarından asılı olaraq digər “əlavə xidmətlər”ə də göndərişlərlə təmin edilməlidir. Əlavə xidmətlərə İİV-ə müayinə və məsləhət, tibbi (cinsi yolla yoluxan infeksiyaların diaqnostikası və müalicəsi, “Təmasdan öncə profilaktika” (TÖP), vərəmin skrininqi, Hepatitlər üzrə müayinəyə təşviqat və s.), psixoloji və hüquqi məsləhət, Antiretro-virus terapiya (ART) və opioid əvəzedici (OƏT) müalicəyə yönləndirmə daxildir. “Əlavə xidmətlər paketi” daxilində, əhatə edilmiş İNİ-lərin ən azı 90%-i İİV (İnsan İmmun Çatışmazlığı Virusu), 50%-i HCV (Hepatit C virusu) və HBV (Hepatit B) infeksiyalarına qarşı müayinəyə cəlb edilməlidir;
  • Profilaktikaya cəlb edilmiş İNİ-lərdən ən azı 102 nəfəri TÖP (“Təmasdan öncə profilaktika”) xidmətinə cəlb edilməlidir;
  • Bütün tibbi xidmətlər və gigiyenik vasitələr QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən QHT-yə ödənişsiz təqdim olunur;
  • İNİ-lər ilə hüquq mühafizə orqanlarının nümayəndələri prosesə cəlb edilmədən, əhatəli profilaktik və maarifləndirici iş aparılmalı, onlara peşəkar psixoloji məsləhətlər verilməli, onların konfidensiallığı (məxfiliyi) qorunmalıdır.

II. İnyeksion narkotik istifadəçiləri arasında İİV infeksiyasının profilaktikası işi və İİV, HCV, HBV və vərəm müayinələrinin təşkili

  • Şirvan, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan üzrə 6069 nəfər inyeksion narkotik istifadəçiləri (İNİ-ləri) rüblük əsasda nəzərdə tutulan “əsas xidmətlər paketi” (bütün elementlərin eyni zamanda təmin edilməsi məcburi deyil) ilə əhatə edilməlidir. “Əsas xidmətlər paketi”nə daxil olmalıdır: hər bir İNİ-nin ən azı 200 ədəd şprislə təmin edilməsi və istifadə edilmiş şprislərin toplanması, 200 ədəd spirtli salfet, 26 ədəd qoruyucu ilə təmin edilməsi, əhatə edilən İNİ-lərin 20%-ni ehtiyaclarına uyğun İMK (informasiya, maarifləndirmə və kommunikasiya) materialı ilə təmin edilməsi;
  • Bundan əlavə, benefisiarlar ehtiyaclarından asılı olaraq digər “əlavə xidmətlər”ə də göndərişlərlə təmin edilməlidir. Əlavə xidmətlərə İİV-ə müayinə və məsləhət, tibbi (cinsi yolla yoluxan infeksiyaların diaqnostikası və müalicəsi, “Təmasdan öncə profilaktika” (TÖP), vərəmin skrininqi, Hepatitlər üzrə müayinəyə təşviqat və s.), psixoloji və hüquqi məsləhət, Antiretro-virus terapiya (ART) və opioid əvəzedici (OƏT) müalicəyə yönləndirmə daxildir. “Əlavə xidmətlər paketi” daxilində, əhatə edilmiş İNİ-lərin ən azı 90%-i İİV (İnsan İmmun Çatışmazlığı Virusu), 50%-i HCV (Hepatit C virusu) və HBV (Hepatit B) infeksiyalarına qarşı müayinəyə cəlb edilməlidir;
  • Profilaktikaya cəlb edilmiş İNİ-lərdən ən azı 42 nəfəri TÖP (“Təmasdan öncə profilaktika”) xidmətinə cəlb edilməlidir;
  • Bütün tibbi xidmətlər və gigiyenik vasitələr QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən QHT-yə ödənişsiz təqdim olunur;
  • İNİ-lər ilə hüquq mühafizə orqanlarının nümayəndələri prosesə cəlb edilmədən, əhatəli profilaktik və maarifləndirici iş aparılmalı, onlara peşəkar psixoloji məsləhətlər verilməli, onların konfidensiallığı (məxfiliyi) qorunmalıdır.

III. İnyeksion narkotik istifadəçiləri arasında İİV infeksiyasının profilaktikası işi və İİV, HCV, HBV və vərəm müayinələrinin təşkili

  • Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı üzrə 7514 nəfər inyeksion narkotik istifadəçiləri (İNİ-ləri) rüblük əsasda nəzərdə tutulan “əsas xidmətlər paketi” (bütün elementlərin eyni zamanda təmin edilməsi məcburi deyil) ilə əhatə edilməlidir. “Əsas xidmətlər paketi”nə daxil olmalıdır: hər bir İNİ-nin ən azı ildə 200 ədəd şprislə təmin edilməsi və istifadə edilmiş şprislərin toplanması, 200 ədəd spirtli salfet, 26 ədəd qoruyucu ilə təmin edilməsi, əhatə edilən İNİ-lərin 20%-ni ehtiyaclarına uyğun İMK (informasiya, maarifləndirmə və kommunikasiya) materialı ilə təmin edilməsi;
  • Bundan əlavə, benefisiarlar ehtiyaclarından asılı olaraq digər “əlavə xidmətlər”ə də göndərişlərlə təmin edilməlidir. Əlavə xidmətlərə İİV-ə müayinə və məsləhət, tibbi (cinsi yolla yoluxan infeksiyaların diaqnostikası və müalicəsi, “Təmasdan öncə profilaktika” (TÖP), vərəmin skrininqi, Hepatitlər üzrə müayinəyə təşviqat və s.), psixoloji və hüquqi məsləhət, Antiretro-virus terapiya (ART) və opioid əvəzedici (OƏT) müalicəyə yönləndirmə daxildir. “Əlavə xidmətlər paketi” daxilində, əhatə edilmiş İNİ-lərin ən azı 90%-i İİV (İnsan İmmun Çatışmazlığı Virusu), 50%-i HCV (Hepatit C virusu) və HBV (Hepatit B) infeksiyalarına qarşı müayinəyə cəlb edilməlidir;
  • Profilaktikaya cəlb edilmiş İNİ-lərdən ən azı 52 nəfəri TÖP (“Təmasdan öncə profilaktika”) xidmətinə cəlb edilməlidir;
  • Bütün tibbi xidmətlər və gigiyenik vasitələr QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən QHT-yə ödənişsiz təqdim olunur;
  • İNİ-lər ilə hüquq mühafizə orqanlarının nümayəndələri prosesə cəlb edilmədən, əhatəli profilaktik və maarifləndirici iş aparılmalı, onlara peşəkar psixoloji məsləhətlər verilməli, onların konfidensiallığı (məxfiliyi) qorunmalıdır.

IV. Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar arasında İİV infeksiyasının profilaktikası işi və İİV, sifilis, HBV və vərəm müayinələrinin təşkili

  • Bakı, Sumqayıt, Abşeron, Şamaxı, İsmayıllı üzrə 9450 nəfər qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar, hər biri üçün rüblük əsasda nəzərdə tutulan “əsas xidmətlər paketi” (bütün elementlərin eyni zamanda təmin edilməsi məcburi deyil) ilə əhatə edilməlidir. “Əsas xidmətlər paketi”nə daxil olmalıdır: əhatə edilən hər bir qadının ən azı 200 ədəd qoruyucu ilə təmin edilməsi, bütün məntəqələrdə benefisiar üçün lubrikantların əlçatan olması (məcburi deyil), əhatə edilən qadınların 20%-i üçün ehtiyaclarına uyğun İMK (informasiya, maarifləndirmə və kommunikasiya) materiallarının təmin edilməsi;
  • Bundan əlavə, benefisiarlar ehtiyaclarından asılı olaraq digər “əlavə xidmətlər”ə də göndərişlərlə təmin edilməlidir. Əlavə xidmətlərə İİV infeksiyasına müayinə və məsləhət, tibbi (cinsi yolla yoluxan infeksiyaların diaqnostikası və müalicəsi, “Təmasdan öncə profilaktika” (TÖP), vərəmin skrininqi, Hepatitlər üzrə müayinə və s.), psixoloji və hüquqi məsləhət, ART-yə (anti-retro virus terapiya) yönləndirmə daxildir. “Əlavə xidmətlər paketi” daxilində, profilaktika proqramları ilə əhatə edilmiş qadınların ən azı 90%-i İİV-ə, 50%-ni Sifilis və Hepatit B (HBV) infeksiyalarına qarşı müayinəyə cəlb edilməlidir;
  • Profilaktikaya cəlb edilmiş qadınlardan ən azı 240 nəfəri TÖP xidmətinə cəlb edilməlidir;
  • Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlara yönəlik hüquq pozuntuları (mülki, əmlak və digər hüquq pozuntuları daxil deyil) üzrə ən azı 45 nəfərə peşəkar hüquqi yardım və məsləhət xidməti göstərilməlidir;
  • Bütün tibbi xidmətlər və gigiyenik vasitələr QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən QHT-yə ödənişsiz təqdim olunur;
  • Resipentlər ilə hüquq mühafizə orqanlarının nümayəndələri prosesə cəlb edilmədən, əhatəli profilaktik və maarifləndirici iş aparılmalı, onlara peşəkar psixoloji məsləhətlər verilməli, onların konfidensiallığı (məxfiliyi) qorunmalıdır.

V. Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar arasında İİV infeksiyasının profilaktikası işi və İİV, sifilis, HBV və vərəm müayinələrinin təşkili

  • Beyləqan, İmişli, Saatlı, Sabirabad, Şirvan, Biləsuvar, Salyan, Cəlilabad, Lənkəran, Masallı və Yardımlı üzrə 5040 nəfər qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar, hər biri üçün rüblük əsasda nəzərdə tutulan “əsas xidmətlər paketi” (bütün elementlərin eyni zamanda təmin edilməsi məcburi deyil) ilə əhatə edilməlidir. “Əsas xidmətlər paketi”-nə daxil olmalıdır: əhatə edilən hər bir qadının ən azı 200 ədəd qoruyucu ilə təmin edilməsi, bütün məntəqələrdə benefisiar üçün lubrikantların əlçatan olması (məcburi deyil), əhatə edilən qadınların 20%-i üçün ehtiyaclarına uyğun İMK (informasiya, maarifləndirmə və kommunikasiya) materiallarının təmin edilməsi;
  • Bundan əlavə, benefisiarlar ehtiyaclarından asılı olaraq digər “əlavə xidmətlər”ə də göndərişlərlə təmin edilməlidir. Əlavə xidmətlərə İİV infeksiyasına müayinə və məsləhət, tibbi (cinsi yolla yoluxan infeksiyaların diaqnostikası və müalicəsi, “Təmasdan öncə profilaktika” (TÖP), vərəmin skrininqi, Hepatitlər üzrə müayinə və s.), psixoloji və hüquqi məsləhət, ART-yə (anti-retro virus terapiya) yönləndirmə daxildir. “Əlavə xidmətlər paketi” daxilində, profilaktika proqramları ilə əhatə edilmiş qadınların ən azı 90%-i İİV-ə, 50%-i Sifilis və Hepatit B (HBV) infeksiyalarına qarşı müayinəyə cəlb edilməlidir;
  • Profilaktikaya cəlb edilmiş qadınlardan ən azı 128 nəfəri TÖP xidmətinə cəlb edilməlidir;
  • Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlara yönəlik hüquq pozuntuları (mülki, əmlak və digər hüquq pozuntuları daxil deyil) üzrə ən azı 32 nəfərə peşəkar hüquqi yardım və məsləhət xidməti göstərilməlidir;
  • Bütün tibbi xidmətlər və gigiyenik vasitələr QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən QHT-yə ödənişsiz təqdim olunur;
  • Benefisiarlar ilə hüquq mühafizə orqanlarının nümayəndələri prosesə cəlb edilmədən, əhatəli profilaktik və maarifləndirici iş aparılmalı, onlara peşəkar psixoloji məsləhətlər verilməli, onların konfidensiallığı (məxfiliyi) qorunmalıdır.

VI. Qeyri-ənənəvi həyat tərzi keçirən kişilər və gender uyğunsuzluğu olan kişilər arasında profilaktika işi və İİV, sifilis, HBV və vərəm müayinələrinin təşkili

  • Ölkə üzrə 18352 nəfər qeyri-ənənəvi həyat tərzi keçirən kişilər və 1080 nəfər gender uyğunsuzluğu olan kişilər üçün rüblük əsasda nəzərdə tutulan “əsas xidmətlər paketi” (bütün elementlərin eyni zamanda təmin edilməsi məcburi deyil) ilə əhatə edilməlidir. “Əsas xidmətlər paketi”nə daxil olmalıdır: hər bir qeyri-ənənəvi həyat tərzi keçirən kişi və gender uyğunsuzluğu olan kişilərin ildə ən azı 200 ədəd qoruyucu, 50 ədəd lubrikantlarla təmin edilməsi, əhatə edilən benefisiarların 20%-nin ehtiyaclarına uyğun İMK (informasiya, maarifləndirmə və kommunikasiya) materialları ilə təmin edilməsi;
  • Bundan əlavə, benefisiarlar ehtiyaclarından asılı olaraq digər “əlavə xidmətlər”-ə də göndərişlərlə təmin edilməlidir. Əlavə xidmətlərə İİV-ə müayinə və məsləhət, tibbi (Cinsi Yolla Yoluxan İnfeksiyaların diaqnostikası və müalicəsi, “Təmasdan öncə profilaktika” (TÖP), vərəmin skrininqi, Hepatitlər üzrə müayinə və s.), psixoloji və hüquqi məsləhət, ART-yə yönləndirmə daxildir. “Əlavə xidmətlər paketi” daxilində, profilaktika proqramları ilə əhatə edilmiş benefisiarların ən azı 90%-i İİV-ə, 50 %-ni Sifilis və Hepatit B (HBV) infeksiyalarına qarşı müayinəyə cəlb edilməlidir;
  • Profilaktikaya cəlb edilmiş qeyri-ənənəvi həyat tərzi keçirən kişilərin ən azı 700 nəfəri və gender uyğunsuzluğu olan kişilərin isə ən azı 300 nəfəri TÖP xidmətinə cəlb edilməlidir;
  • Profilaktikaya cəlb edilmiş 216 nəfər gender uyğunsuzluğu olan kişilərin psixoloji xidmət, 648 nəfər gender uyğunsuzluğu olan kişilərin isə endokrinoloji xidmətlə təmin edilməlidir;
  • Bütün tibbi xidmətlər və gigiyenik vasitələr QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən QHT-yə ödənişsiz təqdim olunur;
  • Bütün tibbi xidmətlər və gigiyenik vasitələr QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən QHT-yə ödənişsiz təqdim olunur;
  • Benefisiarlar ilə hüquq mühafizə orqanlarının nümayəndələri prosesə cəlb edilmədən, əhatəli profilaktik və maarifləndirici iş aparılmalı, onlara peşəkar psixoloji məsləhətlər verilməli, onların konfidensiallığı (məxfiliyi) qorunmalıdır.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• Nizamnamə məqsədlərində səhiyyə və sağlamlıq, zərərli asılılıqlara qarşı mübarizə profili olmayan QHT-lərin layihələri;
• 2026-cı il üzrə AR Səhiyyə Nazirliyinin qrant müsabiqələrinin qalibləri olan QHT-lərin layihələri.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:

• layihə təklifi;
• layihənin icra planı;
• layihənin xərclər smetası;
• layihənin büdcəsinin maliyyə əsaslandırılması;
• QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
• QHT-nin son 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;

Texniki tələblər:

• QHT-lər layihə təkliflərini QHT Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il avqustun 6-dan avqustun 26-dək QHT Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);
• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
office@ngoagency.gov.az