“İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsinin icrasını yekunlaşdırıb.
2026-cı il avqustun 5-də layihə çərçivəsində keçirilən təlim kursunun bağlanış mərasimi keçirilib.
Layihənin rəhbəri Abbas Pənahov bildirib ki, məqsəd iştirakçılara data əsaslı kommunikasiya qurmaq və fəaliyyəti təkmilləşdirmək bacarıqları qazandırmaqdır.
Tədbirdə süni intellekt texnologiyalarının sosial media fəaliyyətində yaratdığı yeni imkanlar və rəqəmsal məzmun istehsalında innovativ yanaşmaların əhəmiyyətindən danışılıb.
Layihə çərçivəsində 30 iyun–5 avqust tarixlərində 5 moduldan ibarət süni intellektlə bağlı təlimlər keçirilib. Təlimi uğurla yekunlaşdıran iştirakçılara sertifikatlar təqdim olunub.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.
















