"Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyi "Uşaqlar üçün Konstitusiya" layihəsinin icrasını yekunlaşdırıb. Layihə çərçivəsində 2026-cı il iyunun 11-də Lerikdə V. İbrahimov adına İnterqrasiya təlimli internat tipli gimnaziyada maarifləndirici tədbir keçirilib. İctimai Birliyin sədri Sevinc Fədai bildirib ki, layihənin məqsədi uşaqlarda Konstitusiya barədə ilkin təsəvvürlər formalaşdırmaq, onların vətəndaşlıq məsuliyyəti hissini gücləndirməkdir.
Tədbirdə Konstitusiyanın mahiyyəti barədə sadə və maraqlı nümunələrlə uşaqlara məlumat verilib, interaktiv məşğələlər təşkil olunub, videoçarx nümayiş etdirilib.
Tədbirdə 6-10 yaşlı 100-dən çox məktəbli iştirak edib.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.




































