Yaşıl enerji zonalarından bəhs edən yan tədbir keçirilib
2024-cü il noyabrın 16-da COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar” İctimai Birliyinin “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-da yaşıl enerji zonaları: hüquqi dəyərləndirmələr” adlı tədbir keçirilib.
Tədbirdə Konqo Respublikasının … təşkilatının sədri Makuantsi Artur Patrisi, Almaniya tədqiqatçısı Rahim Şmit, “Şeffer” şirkətlər qrupunun vitse-prezidenti Yaşar Musayev, Pakistandan ekoaktivistlər - Ali Raza, Ənvər-ül Haqq, Şri-Lankadan ictimai fəal Nayana Adıkari yaşıl enerjinin əhəmiyyəti barədə çıxışlar ediblər, Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndiriblər.
Tədbirdə Azərbaycanın böyük yaşıl enerji potensialından, yaşıl eraya keçid dövründə mühüm rolundan danışılıb, müzakirələr aparılıb.
Sonda “Yaşıl vədlərimiz” adlı sənədli videomaterial auditoriyaya təqdim edilib.