Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondu ilə birgə yan tədbir keçirilib
2024-cü il noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə “Gənclər və texnologiya: iqlim Hərəkatı” mövzusunda birgə yan tədbir keçirib.
Görüşdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransının katibinin müavini Noura Hamladji, İqlim Bağları Təşəbbüsünün həmtəsisçisi və baş direktoru Sean Kidney və müxtəlif ekspertlər iştirak ediblər.
Mövzu üzrə beynəlxalq təcrübə iştirakçılar tərəfindən maraqla qarşılanıb.