ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Bərpa olunan enerji mənbələrindən istifadəyə dair seminar keçirilib
19 NOYABR 2024 - 12:00

2024-cü il noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası “İqlim dəyişmələrinə qarşı sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” layihəsi çərçivəsində bərpa olunan enerji mənbələrinin tətbiqinə dair interaktiv seminar keçirilib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, layihə enerji istehlakı və karbon emissiyaları, kənd təsərrüfatında və sənaye sektorunda sahibkarlar üçün çətinliklər, gənclərin iqlim dəyişmələrinə reaksiyası, təşviq edilməmiş bərpa olunan enerji mənbələri olmaqla, 4 fəaliyyət istiqamətindən ibarətdir.

Serbiyanın Davamlı İnkişaf Assosiasiyasının direktoru Borivoje Matić, hindistanlı ekspert Rajani Chandra Dmello kənd təsərrüfatı, sənaye sektorunda bərpa olunan enerji mənbələrinin istifadəsinin təşviqindən, enerji mənbələrinin tətbiqinin səhiyyə sektoruna olan müsbət dəyişiklikləri barədə çıxışlar ediblər.

Mövzular barədə suallar cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi "COP29-la bağlı beynəlxalq təşəbbüslər" qrant müsabiqəsinin qalibidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl