ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
23 MAY 2025 - 22:00

2025-ci il mayın 23-də Özbəkistanda “Türk dövlətlərinin qadın liderləri” adlı konfrans
keçirilib. Konfransda 20-dən artıq ölkədən olan müxtəlif qurumların rəhbərləri iştirak edib. Konfransda Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “Qlobal iqlim ədaləti və gender bərabərliyi: COP29 kontekstində” mövzusu ilə çıxış edib. O, bildirib ki, bugünkü qlobal çağırışlar - iqlim dəyişmələri, yoxsulluq, gender bərabərsizliyi qadınların həm ən çox təsirləndiyi, həm də ən fəal mübarizə apardığı sahələrdir. 
İcraçı direktor Azərbaycanda qadınların cəmiyyət həyatında, ictimai nəzarət mexanizmlərində və sosial innovasiya sahələrində fəal iştirakının dövlət
tərəfindən daim dəstəkləndiyini qeyd edib. A.Əliyeva son 4 il ərzində ailə, qadın və gender məsələlərinə dair 200-ə yaxın layihənin Agentlik tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
Konfrans mayın 27-dək davam edəcək. Yekunda “Türk Dövlətlərinin Qadınlarının Həmrəyliyi” Bəyannaməsinin imzalanması gözlənilir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl