ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

COP29 çərçivəsində “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda yan tədbir keçirilib
19 NOYABR 2024 - 15:00

COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Su həyatdır” layihəsinin təqdimatına həsr olunmuş “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda yan tədbir keçirilib.

Tədbir KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyalar üzrə inkişaf proqramının – “Su həyatdır” layihəsi barədə potensial tərəfdaşların məlumatlandırılması, eləcə də su ehtiyatlarının qorunması, davamlı idarə edilməsi və bu sahədə innovativ həllərin təşviqi məqsədilə təşkil olunub.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dünya İqlim Fondunun prezidenti Jens Nielsen, COP29 Təşkilat Komitəsinin üzvü, “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova su resurslarının əhəmiyyəti, KOB-ların yaşıl iqtisadiyyata keçidi prosesində sudan səmərəli istifadə barədə çıxışlar ediblər.

Tədbir “Sabah üçün hər damla önəmlidir” və “Suya qayğı, gələcəyə zəmanət” mövzularında panellərlə davam edib. Panellərdə Kənd Təsərrüfatı Nazirliyinin, Cenevrə Universitetinin, KOBİA-nın, “ANTEA Brasil”in, UNFCCC Yaşıl İqlim Fondunun, “Acqua Novara. Vco SpA”, “Digital Umbrella” və “Sustainera Solutions” şirkətlərinin nümayəndələri su resurslarının qorunmasının gələcək üçün önəmi, texnologiyaların bu sahədə rolu, su ehtiyatlarının effektiv idarə olunması sahəsində innovativ həllər, beynəlxalq əməkdaşlığı müzakirə ediblər.

“Su həyatdır” layihəsinin meneceri Aytən Hacıyevanın “KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyalar üzrə inkişaf proqramı”nın təqdimatında layihənin məqsədi və gözlənilən təsirlər barəsində məlumat verilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl