Pan-Afrikan İqlim Ədaləti Alyansı Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə çalışır
2024-cü il noyabrın 19-da COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda Azərbaycan Milli QHT Forumu və Pan-Afrikan İqlim Ədaləti Alyansı “İnklüziv iqlim fəaliyyəti: Afrika və Azərbaycan QHT-lərinin birgə iqlim fəaliyyətləri üçün maliyyələşmə mexanizmləri” mövzusunda yan tədbir keçirilib.
Tədbirdə BƏƏ-Belem Davamlı İnkişaf Məqsədlərinin əhəmiyyəti vurğulanıb və inklüziv, təcrid olunmuş icmaların ehtiyaclarına cavab verən Yerli İqlim Fəaliyyətlərini təşviqindən danışılıb.
Tədbir panel müzakirələri ilə davam edib.
PACJA təşkilatının nümayəndəsi Mvangi Vaiturunun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Beynəlxalq İqlim Dəyişmələri və İnkişaf Mərkəzinin tədqiqatçısı Md.Lutfor Rahman və “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov mövzu ətrafında çıxışlar ediblər.
Yekunda auditoriyanın sualları cavablandırılıb.