Azərbaycan və Türkiyə QHT-ləri COP29-da meşələrin qorunmasına dair birgə tədbir təşkil edib
2024-cü il noyabrın 19-da COP29 çərçivəsində Mavi Zonada yerləşən Türkiyə Cümhuriyyətinin ölkə pavilyonunda "Meşələrdən icmalara" mövzusunda yan tədbir keçirilib. Tədbir Azərbaycanın “Ecomed” və Türkiyənin “Yeşilay” təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə COP29 Təşkilat Komitəsinin üzvü, COP29 QHT Koalisiyasının üzvü Gülşən Axundova, Türkiyədən Sümeyya Ceylan, Sara Evli Özhan və digərləri təqdimatlar ediblər. Panel müzakirələr zamanı iştirakçılar iqlim dəyişmələrinin təsirləri və yaşıl enerjiyə keçidin əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar.
Panel iştirakçıları meşələrin qorunması, dayanıqlı enerji resurslarının tətbiqi və icmaların bu prosesdəki rolu barədə tövsiyələr irəli sürüblər.
Tədbir, həmçinin qlobal miqyasda iqlim fəaliyyətini gücləndirmək və yaşıl enerji həllərinin təbliği istiqamətində birgə əməkdaşlıq üçün vacib platforma kimi qiymətləndirilib.