ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

COP29-da turizm sektorunun ətraf mühitə mənfi təsirinin azaldılması imkanları araşdırılıb
21 NOYABR 2024 - 14:00

2024-cü il noyabrın 20-də COP29-da Yaşıl Zonada Milli QHT Forumu pavilyonunda “EkoSfera” Ekoloji-Sosial Mərkəzi İctimai Birliyi hotelçilik sektoru təmsilçiləri üçün dayanıqlılıq mövzusunda məlumatlandırıcı sessiya təşkil edib. Sessiyada iştirak edən  20-dən çox nümayəndəyə turizm sektorunun ətraf mühitə mənfi təsirinin azaldılması  barədə “GreenKey” proqramı barədə məlumat verilib. 
İctimai Birliyin sədri Firuzə Sultan-zadə bildirib ki, layihə turizm sektoru iştirakçılarının iqlim problemlərinə həssas yanaşmasını təşviq etməyi hədəfləyir.
“GreenKey” proqramının direktoru Finn Bolding Thomsen videomüraciət edib. O, proqramın hotellərin resurs istehlakını minimuma endirmək, dayanıqlı tullantı idarəçiliyini tətbiq etmək və ətraf mühitin qorunması üzrə maarifləndirməni təşviq etməkdəki rolunu vurğulayıb. Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl