COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirilib
2024-cü il noyabrın 20-də COP29-da Yaşıl Zonada Milli QHT Forumu pavilyonunda “Azərbaycanda Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” “Yaşıl Dünya Naminə İnklüzivlik” layihəsi çərçivəsində yan tədbir keçirilib.
Tədbirdə iqlim dəyişmələrinin törətdiyi fəsadların fiziki məhdudiyyətli insanlara təsiri, riskli vəziyyətlərdə xilasetmə, mövcud problemlər və çıxış yollarına dair təkliflər müzakirə olunub. COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva fiziki məhdudiyyətli şəxslərin hüquqlarının təmin olunması istiqamətində qanunvericilik təşəbbüslərinin əhəmiyyəti barədə danışıb.
Müzakirələrdə auditoriyanın sualları cavablandılıb.
Qeyd edək ki, yan tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlı qrant müsabiqəsində qalib olan “Azərbaycanda Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı”nın layihəsi çərçivəsində keçirilib.