Yaşıl Dialoq Platforması ilə Mərkəzi Afrika Bərpa Olunan Enerji və İqlim Dəyişikliyi Mərkəzi arasında Memorandum imzalanıb
2024-cü il noyabrın 16-da COP29 çərçivəsində Mavi Zonada Yaşıl Dialoq Platforması (Tech Karabakh) və Mərkəzi Afrika Bərpa Olunan Enerji və İqlim Dəyişmələri Mərkəzi (CREACC-NG) arasında yaşıl texnologiyalar və bərpa olunan enerji texnologiyaları sahəsində tədqiqatların aparılması, COP30 Braziliya üçün qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, təhsil və ətraf mühitin yaxşılaşdırılması tədbirlərində qarşılıqlı əməkdaşlıq Memorandumu imzalanıb.
Bu əməkdaşlıq hər iki tərəf üçün yaşıl texnologiyalar sahəsində innovativ həllərin araşdırılması və təşviqi, eləcə də iqlim dəyişmələrinə qarşı mübarizədə səmərəli strategiyaların hazırlanması istiqamətində yeni imkanlar yaradacaq.
Əməkdaşlıq çərçivəsində COP30-da birgə fəaliyyətlər və tədbirlər planlaşdırılır.