ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“The Caspian House” - QHT platforması yaradılıb
18 FEVRAL 2025 - 17:00

Layihə çərçivəsində 2025-ci il fevralın 14-də Strateji Kommunikasiyalar Mərkəzində “Xəzər Evi”nin virtual məkanı olan https://caspianhouse.org/ portalının, virtual ekoloji muzeyin, “Noosfera Nəzəriyyəsindən Dayanıqlı İnkişaf Prinsiplərinə” kitabının təqdimatı olub. Təqdimatda Xəzər dənizinin səviyyəsinin azaldığını göstərən VR texnologiyasını dəstəkləyən 360 videogörüntülər, Xəzərin ekoloji problemlərindən bəhs edən “Xəzəri birgə qoruyaq” videoçarxı da nümayiş olunub. 
İctimai Birliyin sədri Şəlalə Həsənova bildirib ki, layihənin məqsədi Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın ekoloji ictimai birliklərini bir araya gətirən “The Caspian House” platformasının yaradılmasıdır.
“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin bu layihəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qalibidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl