
“İkili standartlar daha bəsdir: QHT-lər Qlobal Cənubda ədalətli inkişafın katalizatorlarıdır” adlı panel müzakirəsi keçirilib
2025-ci il aprelin 29-da “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfrans çərçivəsində “İkili standartlar daha bəsdir: QHT-lər Qlobal Cənubda ədalətli inkişafın katalizatorlarıdır” adlı sonuncu – IV panel müzakirə keçirilib.
Müzakirələrin moderatorları Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova və Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseqayri (Kamel Esseghairi) olub.
Müzakirələrdə COP29 mirasının mühüm qlobal əhəmiyyətinə toxunulub, prosesin davamı olaraq, COP30-da Qlobal Cənubun daha fəal iştirakı mövzusunda müzakirələr aparılıb.