ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qarabağ Universitetində psixoloqların peşəkar inkişafına dair layihə icra olunub
21 MAY 2025 - 10:37

“Gənc Psixoloqlar” İctimai Birliyi “Gələcək qurucular – azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək psixoloqların peşəkar inkişafı” layihəsinin icrasına başlayıb.
2025-ci il 18-19 may tarixlərində layihə çərçivəsində Qarabağ Universitetində tələbələrin psixoloji müdaxilə bacarıqlarının inkişafına dair simulyativ dərslər təşkil olunub. Dərslər zamanı interaktiv təlimlər, praktik məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər keçirilib. Dərslərə Qarabağ Universitetinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri cəlb edilib. 
İctimai Birliyin sədri Orxan Oruczadə bildirib ki, layihə psixoloji reabilitasiya potensialının gücləndirilməsinə  töhfə verməyi hədəfləyir.
Layihənin sonunda iştirakçıların praktiki biliklərinin real mühitdə tətbiqi üçün psixoloji dəstək təşəbbüslərinə cəlb olunması nəzərdə tutulur.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl