
Azərbaycan QHT-ləri Qlobal Cənub QHT-ləri ilə əməkdaşlığa dair memorandumların imzalanmasına başlayıb
2025-ci il aprelin 29-da "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanın “Əlil Təşkilatları İttifaqı” ilə Cibutinin "Əlilliyi olan şəxslər” üzrə Milli Agentliyi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi ilə İordaniyanın "MƏN İNSANAM" Əlilliyi Olan Şəxslərin Hüquqları üzrə Cəmiyyəti, “Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Tunisin Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platforması, “Qarabağın Tərəqqisi naminə” İctimai Birliyi ilə İndoneziyanın İnformasiya Texnologiyaları və Açıq Mənbə Assosiasiyası, "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyi ilə Beninin “Gələcək QHT-lər üçün Gələcək” Birliyi, Azərbaycan Milli QHT Forumu ilə Kolumbiyanın Cənub-Cənub Əməkdaşlığı Şurasının Latın Amerikası bölməsi, “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə "Seyşellərdə Vətəndaşların İştirakı Platforması", "Konstitusiya" Araşdırmalar Fondu ilə Suriya Türkmən Dərnəkləri Federasiyası arasında birgə fəaliyyətə dair Əməkdaşlıq Memorandumları imzalanıb.