ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Elan
29 SENTYABR 2022 - 00:00

Qeyri-hökumət təşkilatlarının diqqətinə!

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi xüsusi istedada malik olan QHT nümayəndələrinin aşkarlanması və vətəndaş cəmiyyəti təsisatları arasında mədəni mühitin inkişafı  məqsədi ilə  "Qeyri-Hökumət Təşkilatlarının I Respublika Yaradıcılıq Festivalını" həyata keçirəcək.

QHT nümayəndələrinin  müasir və innovativ  ideyalarını müxtəlif sənət növləri üzərindən sərgiləmək və nümayiş etdirmək layihənin əsas konsepsiyasını təşkil edir.

Festivalda yaradıcı insanların əl işləri - dekorativ tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, milli mətbəximizə aid təamlar, incilər və ədviyyatlar, bəzək əşyaları və s. sərgilənə və master klaslar təşkil oluna bilər.

Festivalda iştirak etmək istəyən QHT nümayəndələrindən 15 oktyabr 2022-ci il tarixinə qədər Agentliyin layihələrin idarə edilməsi üzrə meneceri Nigar Ağakişiyeva ilə əlaqə saxlamaları (055-989-94-42, nigaraghakishiyeva@ngoagency.gov.az) xahiş olunur.

 

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl